"Real"ın futbolçusu Alvaro Odriosola karyerasını İtaliyada davam etdirəcək. Matc.az xəbər verir ki, 25 yaşlı müdafiəçi "Fiorentina" klubuna keçib.
 
Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Odriosola 2021/22 mövsümünü icarə əsasında "Fiorentina"da keçirəcək.
 
İspan müdafiəçi yeni komandasında 29 nömrəli formanı geyinəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest