29 Avqust 2021, 13:45
DİGƏR
Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında 11-ci medalını qazanıb. Matc.az xəbər verir ki, qadın cüdoçu Dürsədəf Kərimova 70 kq-dan yuxarı çəki dərəcəsində qızıl medala sahib olub.
O, finalda qazaxıstanlı Zarina Baybatinanı ipponla məğlub edib.
Qeyd edək ki, bu, Azərbaycanın 9-cu qızıl medalı olub. Bütövlükdə isə ölkəmizin hesabında 9 qızıl və 2 bürünc medal var. Paralimpiya komandamız bu göstərici ilə 7-ci pillədə qərarlaşıb.