"Barselona"nın futbolçusu Oriol Buskets karyerasını Fransada davam etdirəcək. Matc.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi "Klermon" klubuna keçib.
 
Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Busketslə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
 
"Barselona"nın yetirməsi olan ispan futbolçu "Klermon"a azad agent kimi keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest