Niderlandın "Ayaks" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Amsterdam təmsilçisi "Kopenhagen"dən Məhəmməd Daramini transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
 
"Ayaks" Danimarka yığmasına da dəvət alan hücumçu üçün "Kopenhagen"ə 13 milyon avro ödəyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest