Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımızı təbrik edib. Matc.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib:
 
"Növbəti qızıl medal sevincini bizə bəxş etdikləri üçün Dürsədəf Kərimovaya, rekordçularımız Həmid Heydəri və Elvin Astanova təşəkkür edir, onları qələbələri münasibətilə ürəkdən təbrik edirəm!".
 
ölkə başçısı bürünc medal qazanan idmançılarımızı da təbrik edib. Paylaşımda deyilir: "Tokio-2020" Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən komandamızın üzvləri - İlham Zəkiyev, Namiq Abbaslı və Pərvin Məmmədovu səmimi qəlbdən təbrik edirəm!".
 
İlham Əliyev daha öncə də Paralimpiya Oyunlarında qızıl medal qazanmış bir neçə idmançımızı xüsusi təbrik etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest