Futbol üzrə Portuqaliya çempionatında 4-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi "Tondela" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Benfika" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
 
Renat da bu görüşün iştirakçısı olub. O, 77-ci dəqiqədə meydana buraxılıb.
 
"Tondela" 4 turdan sonra 3 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest