Futbol üzrə Türkiyə Super Liqasında 3-cü tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
 
Dörd qolun qeydə alındığı "Sivasspor" – "Göztəpə" matçında qalib müəyyənləşməyib. Səfərdə "Kasımpaşa" ilə qarşılaşan "Qalatasaray" da turu heç-heçə ilə başa vurub.
 
"Trabzonspor" isə "Giresunspor" səfərindən minimal hesabla qalib dönüb. Səfərdə lider "Altay"la qarşılaşan "Fənərbaxça" da inamlı qələbəyə sevinib.
 
Türkiyə Super Liqası
3-cü tur
27 avqust
 
Antalyaspor – Rizəspor 3:2
Qol: Rayt, 18; 54-pen; 90+10-pen – Cokoviç, 61; 90+3-pen.
 
Adana Dəmirspor – Konyaspor 1:1
Qol: Assombalonqa, 59 – A.Bardakçı, 83.
 
28 avqust
 
Başakşəhər – Kayserispor 0:1
Qol: Tiam, 4.
 
Yeni Malatyaspor – Qaziantep 2:0
Qol: A.Büyük, 45. Tetteh, 68.
 
Beşiktaş – Fatih Karagümrük 1:0
Qol: A.Teyşeyra, 30.
 
Hatayspor – Alanyaspor 5:0
Qol: Traore, 4. Lobjanidze, 18. Ribeyro, 42. El Kaabi, 60. M.Kamara, 90+2.
 
29 avqust
 
Kasımpaşa – Qalatasaray 2:2
Qol: Yorgensen, 45+2. Bozok, 66 – çikaldau, 32. K.Aktürkoğlu, 38.
 
Sivasspor – Göztəpə 2:2
Qol: Qutas, 11; 66 – H.Akbunar, 51. B.Şimşek, 84.
 
Altay – Fənərbaxça 0:2
Qol: F.Kadıoğlu, 51. Valensiya, 55.
 
Giresunspor – Trabzonspor 0:1
Qol: Nvakaeme, 7.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest