Azərbaycanın atletika idman növü üzrə idmançısı Səid Nəcəfzadə bu gün Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparıb. Matc.az xəbər veriri ki, O, T12 - uzunluğa tullanma növü üzrə 7.03 metr nəticə göstərərək bürünc medal qazanıb.
 
Digər idmançımız Kamil Əliyev T12 - uzunluğa tullanma növü üzrə 6.89 metr nəticə göstərərək, yarışı 5-ci yerdə tamamlayıb.
 
Azərbaycanın digər idmançısı Oloxan Musayev F55 - disk atma növü üzrə 37.92 metr nəticə göstərərək, yarışı 7-ci pillədə başa vurub.
 
Qeyd edək ki, Azərbaycanın komandasının hesabında 13 medal var. Onlardan 9-u qızıl, 4-ü isə bürünc medaldır. Belə ki, paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (70 kq-dan yuxarı) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (100 kq-dan yuxarı) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən paraatletimiz Həmid Heydəri qızıl medala sahib olub. Paraatlet Elvin Astanov nüvə itələmə yarışlarında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest