"Qarabağ"ın futbolçusu Kevin Medina karyerasını İtaliyada davam etdirə bilər. Matc.az xəbər verir ki, 28 yaşlı müdafiəçi ilə "Salernitana" klubu maraqlanır.
 
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, A Seriyası təmsilçisinin Medinanı heyətinə qatmaq istədiyi bildirilib.
 
Medina 2020-ci ilin yayından "Qarabağ"da çıxış edir. Kolumbiyalı müdafiəçinin klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir.
 
"Salernitana" bu mövsüm A Seriyasında iki turdan sonra 0 xalla 18-ci sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest