"Atletiko" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Luis Suares sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Suares La Liqanın 3-cü turunun "Vilyarreal"la matçının 71-ci dəqiqəsində zədələnib. Uruqvaylı futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
 
"Atletiko" – "Vilyarreal" matçı 2:2 hesabıyla bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest