Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Portuqaliyanın "Santa Klara" klubundan yarımmüdafiəçi Hidemasa Moritanı transfer etməyə yaxındır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
"Fənərbaxça" 26 yaşlı yapon futbolçu və klubu ilə razılaşıb. Moritanın bu gün İstanbula gələcəyi gözlənilir.
 
Morita Yaponiya milli komandasının da üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest