İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin "çelsi" klubunun yarımmüdafiəçisi Tyemua Bakayokonu heyətinə qatıb.
 
Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. Fransalı futbolçu satınalma şərti ilə iki illik icarəyə götürülüb.
 
Bakayoko 2017-ci ildən "çelsi"də çıxış edir. "Milan" 2018/19 mövsümündə də bu oyunçunu London klubundan icarəyə götürmüşdü. 27 yaşlı yarımmüdafiəçi "Monako" və "Napoli"də də icarədə olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest