Futbol üzrə Portuqaliya yığmasının və Yunanıstanın "Olimpiakos" klubunun müdafiəçisi Ruben Semedo həbs olunub. Matc.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Futbolçunun 17 yaşlı qıza təcavüzdə ittiham olunduğu bildirilir. 27 yaşlı futbolçu ötən gün Afinadakı evində saxlanılıb.

Onun agenti və "Olimpiakos" rəsmiləri bu ittihamları qəbul etmədiklərini bildiriblər. Klub yaydığı açıqlamada oyunçunun günahsız olduğuna inandıqları ifadə olunub.

Bu, Ruben Semedo ilə bağlı ikinci belə qalmaqaldır. O, hələ 2018-ci ildə İspaniyanın "Vilyarreal" klubunda çıxış etdiyi dönəmdə silahlı hücumda ittiham olunmuş, buna görə 142 gün həbsdə qalmışdı.

Qeyd edək ki, Semedo çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə hər iki oyunda meydana çıxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest