"Qırmızı-qaralar" büdcədə yaranan maliyyə çatışmazlığı səbəbindən ən azı qış fasiləsinədək başqa əcnəbi futbolçunu rənglərinə bağlamayacaq.

"Qəbələ" ilə anlaşan Omar Hani bu gün Azərbaycana gələcək. Matc.az xəbər verir ki,  iordaniyalı hücumçu ilə 1+1 illik müqavilə imzalanacaq.  
2019-cu ildə APOEL-ə transfer olan Omar Hani 1 il sonra Kiprin başqa bir klubuna – "Olimpiakos"a keçib. O, Nikosiya təmsilçisinin heyətində 19 matça çıxıb.
 
İordaniyanın U-19 ilə U-23 yığmalarından sonra əsas milliyə cəlb olunan forvard ilk və hələlik son dəfə bu formanı 2019-cu ildə geyinib.
APOEL-lə vidalaşan ərəb legioner "Qəbələ"nin sonuncu transferidir. "Qırmızı-qaralar" büdcədə yaranan maliyyə çatışmazlığı səbəbindən ən azı qış fasiləsinədək başqa əcnəbi futbolçunu rənglərinə bağlamayacaq.
 
Bölgə təmsilçisi bu yay 6 yeni oyunçu ilə güclənib: ürfan Abbasov ("Səbail"), Məqsəd İsayev ("Səbail"), Nicat Mehbalıyev ("Sabah", icarə), Kristof Atanqana-Assimba ("Atletik", İspaniya), İsnik Alimi ("Atalanta", İtaliya), Ruan Renato ("Ponte Preta", Braziliya).
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest