"Barselona" İspaniya Kral Kubokundan uzaqlaşdırıla bilər. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, Kataloniya klubunun 1/8 final mərhələsində mübarizədən kənarlaşdırdığı (1:2, 3:0) "Levante" İspaniya Futbol Federasiyasına rəsmi şikayət ünvanlayıb.

Onların narazılığı ilk görüşdə cəzalı çuminin iştirak etməsi ilə bağlıdı. Məsələ burasındı ki, ikinci komandanın heyətində çempionatda cəzalı duruma düşən 20 yaşlı müdafiəçi ardından kubokda "Levante" önünə çıxıb. "Levante" rəhbərliyi bunun qanunsuz olduğunu əsas gətirərək, şikayətini edib və "Barsa"nın kubokdan kənarlaşdırılmasını istəyib.

Kataloniya təmsilçisi isə çempionatda cəzalı olan futbolçunun kubokda iştirakının qanunauyğun olduğunu açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest