İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, "qoca sinyora" "Everton"dan Moyze Kini heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kin "Yuventus"a icarə əsasında keçib.
 
İtaliya yığmasına da dəvət alan hücumçu daha əvvəl 2011-2017-ci illər aralığında Turin təmsilçisində çıxış edib.
 
Kin 2020/2021 mövsümünü icarə əsasında Fransanın PSJ klubunda keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest