İngiltərənin "Arsenal" klubu futbolçusu Villianla yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə "topçular"ın mətbuat xidməti məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
 
Villian Braziliyanın "Korintians" klubu ilə razılaşıb.
 
2020-ci ilin avqustundan "Arsenal"da çıxış edən braziliyalı futbolçu London təmsilçisi ilə 37 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest