Bu gündən etibarən Region Liqasının 2021/2022-ci illər mövsümünə qeydiyyat və hazırlıq mərhələsinə başlanılır. Matc.az xəbər verir ki, Region Liqasında iştirak etmək istəyən komandalar bununla əlaqədar müraciət və təminat məktubunu AFFA-ya göndərməlidirlər.
 
Sentyabrın 3-də, saat 14:00-da AFFA nümayəndələri və turnirdə iştirak etmək istəyən klubların təmsilçiləri üçün onlayn görüş təşkil olunacaq. İclasda liqalarda iştirak qaydaları, qeydiyyat prosesləri ətraflı izah olunacaq və fikir mübadiləsi aparılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest