Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi ABŞ-ın "Los Anceles" klubundan Dieqo Rossi ilə razılaşıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı vinger "Fənərbaxça"ya keçidini tamamlamaq üçün Türkiyəyə gəlib.
 
Rossi icarə əsasında "Fənərbaxça"ya keçəcək.
 
Rossi "Los Anceles"də 101 rəsmi oyunda 43 qol vurub, 17 məhsuldar ötürmə edib. Futbolçunun "transfermarkt"da dəyəri 18 milyon avrodur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest