"Millinin heyətində Azərbaycana qarşı dörd oyun keçirmişəm. Bu matçların üçündə heç-heçə etmişik, birində isə qalib gəlmişik. Ümid edirəm ki, bu rəqibə qarşı məğlubiyyətsizlik seriyası qarşıdakı görüşdə də davam edəcək"

Dç-2022-nin seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan yığması ilə qarşılaşacaq Lüksemburq millisinin futbolçusu Loran Yans açıqlama verib. Matc.az xəbər verir ki, yerli mətbuata danışan Yans, hər iki komandanın bir-birini yaxşı tanıdığını deyib:
 
"Millinin heyətində Azərbaycana qarşı dörd oyun keçirmişəm. Bu matçların üçündə heç-heçə etmişik, birində isə qalib gəlmişik. ümid edirəm ki, bu rəqibə qarşı məğlubiyyətsizlik seriyası qarşıdakı görüşdə də davam edəcək.
 
Hər iki komanda bir-birini yaxşı tanıyır. Bu, həm rəqib, həm də bizim üçün üstünlük ola bilər. çünki aramızdakı oyunların üstündən elə də çox vaxt keçməyib. Azərbaycanın zəif və güclü tərəflərini bilirik. Eyni sözləri rəqib üçün də deyə bilərik. Onlar da bizi yaxşı tanıyırlar. Oyunlar hər zaman bərabər səviyyədə keçib. Düşünürəm ki, yenə belə olacaq. Hər iki komanda meydana qələbə üçün çıxacaq".
 
Sabah keçiriləcək Lüksemburq – Azərbaycan matçı saat 22:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest