Portuqaliyanın "çaves" klubunun forvardı Juninyo karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az xəbər verir ki, braziliyalı oyunçu ilə "Qarabağ"ın yaxından maraqlandığını yazır.
 
Portuqaliya təmsilçisi hazırda gələn təklifləri dəyərləndirilir. "çaves"in braziliyalı hücumçunu yalnız 1 milyon avro qarşılığında satmağa razı olduğu da vurğulanır.
 
"Qarabağ"ın Juninyo ilə maraqlanıb-maraqlanmadığını klubdan da öyrənməyə çalışdıq. Ağdam təmsillçisinin mətbuat katibi Gündüz Abbaszadə braziliyalı oyunçu ilə heç bir danışıq aparmadıqlarını bildirdi.
 
Qeyd edək ki, peşəkar karyerasına Braziliyanın "Atletiko Paranaense" klubunda başlamış Juninyo, sonralar "Quarantinqueta", "Portimonense", "Brazil de Pelotas", "Fiqeyrense", "Vila Nova" və "Eştoril" komandalarında da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest