Azərbaycan millisinin sabiq üzvü Ufuk Budak avqustun əvvəlində müqavilə imzaladığı "Bursaspor"dan ayrıla bilər. Matc.az xəbər verir ki, Bursa təmsilçisinin rəhbərliyi zədəsi olan və heyətə düşməkdə çətinlik çəkən 6 futbolçu ilə yolları ayırmağı düşünür. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
"Bursaspor"da Kristobal Xorkera, Ufuk Budak, Həsən Ayaroğlu, Aykut Akgün, Ozan Sol və Ozan İsmayıl Koçla yolların ayrılması planlaşdırılır.
 
Ufuk Budak Azərbaycan milli komandasının sabiq futbolçusudur. "Bursaspor"da Azərbaycan millisinin üzvü Namik Ələskərov çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest