Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Bazel" heyətini yeni oyunçularla gücləndirib. Matc.az xəbər verir ki, bu barədə İsveçrə klubunun rəsmi saytı məlumat yayıb.
 
"Sportinq"in yarımmüdafiəçisi Jelson Fernandes "Bazel"də icarə əsasında çıxış edəcək. 18 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
 
Portuqaliyanın digər klubu "Benfika"nın müdafiəçisi Tomas Tavares də heyətə cəlb edilib. Onunla 1 illik müqavilə imzalanıb. 
 
Bundan başqa, Fransanın "Nitsa" klubunun futbolçusu Dan Ndoye də Bazel şəhərinin eyniadlı təmsilçisində çıxış edəcək. İsveçrə millisinin üzvü olan 20 yaşlı hücumçu da 1 illik icarəyə götürülb.
 
Qeyd edək ki, "Bazel"lə "Qarabağ"ın ilk görüşü sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest