İngiltərənin "Tottenhem" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İspaniyanın "Barselona" klubundan Emerson Royalı transfer edib.
 
Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. Braziliyalı 22 yaşlı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında 12 nömrəli formanı geyinəcək.
 
"Tottenhem" bu transferə görə 25 milyon funt-sterlinq ödəyib. Britaniya mətbuatı futbolçunun özünün isə ilinə 3 milyon avro qazanacağını bəyan edib.
 
Qeyd edək ki, Emerson Royal 2019-cu ildə "Atletiko Mineyro" komandasından "Barselona"ya transfer olunmuşdu. Daha öncə "Ponte Preta"da da çıxış etmiş müdafiəçi, Kataloniya təmsilçisində heç bir rəsmi matça çıxmadan "Betis"ə icarəyə verilmişdi. Bu komandada üç mövsüm ərzində 79 matça çıxan Emerson, 5 qol da vurub. Bu yay yenidən "Barselona"ya dönən müdafiəçi, nəhayət bu komandada 3 La Liqa matçının iştirakçısı olub.
 
Braziliya yığmasının da üzvü olan futbolçu, millidə 4 matça çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest