Bu gün Dç-2022-nin seçmə mərhələsində 4-cü tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 13 qarşılaşma baş tutub.

A qrupunda yer alan Azərbaycan yığması da növbəti matçına bu gün çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Lüksemburqla qarşılaşıb və növbəti məğlubuyyətə üzülüb. Qrupun digər matçında Portuqaliya millisi İrlandiyanı qəbul edib və əzmkar qələbəyə sevinib.

G qrupunda mübarizə aparan Türkiyə millisi Monteneqro ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu matç heç-heçə bitib. Qrupun digər matçlarında Niderland yığması Norveçlə heç-heçə edibsə, Cəbəllütariq seçməsi isə Latviya səfərində məğlub olub.

D qrupunda dünya çempionatının son qalibi Fransa yığması Bosniya və Herseqovina ilə üz-üzə gəlib. Bu oyunda qalib müəyyənləşməyib.

Dç-2022-nin seçmə mərhələsi
4-cü tur
1 sentyabr

A qrupu

Portuqaliya – İrlandiya 2:1
Qol: Ronaldo, 89; 90+6 – Eqan, 45.

Lüksemburq – Azərbaycan 2:1
Qol: M.Pinto, 8. J.Rodriqes, 28-pen – E.Mahmudov, 67.

Portuqaliya – 10, Serbiya – 7, Lüksemburq – 6, Azərbaycan – 0, İrlandiya – 0

D qrupu

Qazaxıstan – Ukrayna 2:2
Qol: Valiullin, 74; 90+6 – Yaremçuk, 2. Sikan, 90+3.

Fransa – Bosniya və Herseqovina 1:1
Qol: Qrizmann, 40 – Dzeko, 36.

Fransa – 8, Ukrayna – 4, Finlandiya – 2, Bosniya və Herseqovina – 2, Qazaxıstan – 2

F qrupu

Danimarka – Şotlandiya 2:0
Qol: Vass, 14. Mehle, 15.

Moldova – Avstriya 0:2
Qol: Baumqartner, 45+1. Arnautoviç, 90+4.

Farer adaları – İsrail 0:4
Qol: Zahavi, 12; 44; 90+2. Dabbur, 52.

Danimarka – 12, İsrail – 7, Avstriya – 7, Şotlandiya – 5, Farer adaları – 1, Moldova – 1

G qrupu

Norveç – Niderland 1:1
Qol: Haland, 20 – Klaassen, 37.

Türkiyə – Monteneqro 2:2
Qol
: C.ünder, 9. Y.Yazıcı, 31 – Maruşiç, 40. Radunoviç, 90+7.

Latviya – Cəbəllütariq 3:1
Qol: Qutkovski, 50-pen; 85. çiqanik, 89 – De Barr, 71-pen.

Türkiyə – 8, Niderland – 7, Monteneqro – 7, Norveç – 7, Latviya – 4, Cəbəllütariq – 0

H qrupu

Rusiya – Xorvatiya 0:0

Sloveniya – Slovakiya 1:1
Qol: Stoyanoviç, 42 – Bojenik, 32.

Malta – Kipr 3:0
Qol: Attard, 44; 54. Mbonq, 46.

Xorvatiya – 7, Rusiya – 7, Slovakiya – 6, Sloveniya – 4, Malta – 4, Kipr – 4

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest