Futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi Talqat Baysufinovda koronavirus aşkarlanıb. Matc.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə Dç-2022-nin seçmə mərhələ oyunlarından öncə milli üzvlərindən COVİD-19 testi götürüldüyü diqqətə çatdırılıb. Nəticədə millinin baş məşqçisinin koronavirusa yoluxduğu üzə çıxıb. O, karantinə alınıb və sentyabr ayındakı seçmə mərhələ oyunlarında iştirakı gözlənimir. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest