İngiltərənin "Lids" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Mançester Yunayted"dən Daniel Ceymsi heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ceymslə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Britaniya mətbuatının yazdığına görə, "Lids" bu keçidə görə "Mançester Yunayted"ə 25 milyon funt-sterlinq ödəyib.
 
Uels milli komandasının da üzvü olan Daniel Ceyms 2019-cu ilin yayından "Mançester Yunayted"də idi. O, bu komandanın heyətində meydana çıxdığı 74 matçda 9 qolla yadda qalıb. 23 yaşlı vinger daha öncə "Suonsi Siti" və "Şrusberi Taun" klublarının da formasını geyinib. Millidə 24 matça çıxan futbolçu, 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest