İngiltərənin "Liverpul" klubu müdafiəçisi Nataniel Fillips ilə müqaviləni yeniləyib. Matc.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Fillipslə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
24 yaşlı müdafiəçi "Liverpul"la ötən mövsüm Premyer Liqada 20 matça çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest