Türkiyənin "Adana Dəmirspor" komandasının yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Vinçentso Montellaya tapşırılıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, bu vəzifədə Samet Aybabanı əvəzləyib.
 
Qeyd edək ki, Vinçentso Montella məşqçilik karyerasına 2011-ci ildə "Roma"da başlayıb. 47 yaşlı mütəxəssis sonralar "Kataniya", "Fiorentina", "Sampdoriya", "Milan" və "Sevilya" klublarına da rəhbərlik edib. O, son olaraq 2019-cu ildə "Fiorentina"nı ikinci dəfə çalışdırıb və elə həmin ildən işsiz idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest