İtaliyanın "Milan" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "Bordo"dan Yasin Adlini, "Krotone"dən isə Junior Messiası transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Junior Messias 2021/22 mövsümünün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. "Milan" 30 yaşlı braziliyalı hücumçu üçün 2.6 milyon avro ödəyib. 
 
Messias karyerası ərzində 187 matça çıxıb, 40 qol vurub, 14 məhsuldar ötürmə edib. O, 2019-cu ildən "Krotone"də forma geyinir.
 
Yasin Adli isə birdəfəlik transfer olunub. Milanlılar 21 yaşlı fransız futbolçu üçün 8 milyon avro ödəyiblər. Yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
 
İtaliya klubu Adlini yenidən "Bordo"ya icarəyə verib. Fransalı futbolçu 2021/22 mövsümünü "Bordo"da keçirəcək.
 
Qeyd edək ki, Adli PSJ-nin yetirməsidir. O, 2019-cu ildən "Bordo"da forma geyinir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest