İtaliyanın "Latsio" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi "Verona"dan Mattia Zakkanyini icarə əsasında heyətinə cəlb edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi 2022-ci ilin yayına qədər "Latsio"da çıxış edəcək.
 
Roma klubu mövsümün sonunda 15 milyon avro ödəməklə italyan futbolçunun transfer hüquqlarına sahib ola bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest