İngiltərənin "Mançester Siti" klubu qapıçısı Edersonla müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
 
Braziliyadan olan 28 yaşlı qolkiperlə müddəti 2026-cı ilin yayına qədər olan yeni müqavilə imzalanıb.
 
Ederson 2017-ci ildən "Mançester Siti" klubundadır. Braziliya millisinin üzvü İngiltərə təmsilçisində 194 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest