Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, 36 yaşlı hücumçu milli komandada vurduğu qolların sayına görə mütləq rekordçuya çevrilib.

O, buna Dç-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiyaya qarşı keçirdikləri ev oyununda nail olub. Bu oyuna qədər hesabında 109 qol olan futbolçu, 89-cu dəqiqədə komandasının bərabərlik qoluna imza atıb. Məhz bu qolla o, tarixə keçib. Ronaldo 90+6-cı dəqiqədə fərqlənməklə həm komandasına əzmkar qələbə qazandırıb, həm də yığmada 111-ci qolunu vurub.
 
Ronaldodan öncə dünya rekordu İran milli komandasının Azərbaycan əsilli sabiq forvardı Əli Daeiyə məxsus idi. O, İran millisində 109 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest