Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib - 2:2. Komandasının start heyətində meydana çıxan Veşoviç sonadək mübarizə aparıb.

"Qarabağ"ın müdafiəçisi Marko Veşoviç Montenerqo milli komandasının heyətində növbəti oyuna çıxıb. Matc.az xəbər verir ki, onun komandası Dç-2022-nin seçmə mərhələsi çərçivəsində səfərdə Türkiyə millisi ilə qarşılaşıb.
 
Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib – 2:2. Komandasının start heyətində meydana çıxan Veşoviç sonadək mübarizə aparıb.
 
Monteneqro yığmasının hesabında hazırda 7 xal var və lider Türkiyədən 1 xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest