21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2023-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirib. Matc.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv səfərdə Xorvatiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Velika Qoritsa şəhərində baş tutan görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Azərbaycan millisi seçmə mərhələdə Avstriya, Norveç, Finlandiya, Xorvatiya və Estoniya ilə birgə A qrupunda mübarizə aparır.

Aç-2023-ün seçmə mərhələsi
A qrupu
2 sentyabr

Xorvatiya – Azərbaycan 2:0
Qol: L.Suçiç, 10. R.Şimiç, 25.
Hakimlər: Denis Şurman (Ukrayna).
Xorvatiya. Velika Qoritsa stadionu.

Xorvatiya: 12. İvor Pandur, 3. David Kolina, 4. Bosko Sutalo, 5. Yosip Sutalo, 6. Bartol Franyiç (k), 7. Antonio Marin, 10. Luka Suçiç, 13. Kresimir Krizmaniç, 14. Lukas Kaçavenda, 18. Stipe Biuk, 22. Roko Şimiç.
Ehtiyat oyunçular: 1. Dominik Kotarski, 8. Yuriça Prşir, 9. Marin Lyubiçiç, 11. Yosip Mitroviç, 16. Adrian Liber, 17. İvan Dolçek, 19. Qabriel Vidoviç, 20. Denis Buşnya, 21. Nikola Soldo.
Baş məşqçi: İqor Bişçn.

Azərbaycan: 22. Nicat Mehbalıyev, 4. Mert çelik, 5. Rauf Hüseynli, 8. Səbuhi Abdullazadə, 9. Musa Qurbanlı, 11. Şakir Seyidov, 13. Cəlal Hüseynov, 16. Fərid Yusifli, 17. Rüfət Abdullazadə, 21. İsmayıl Zülfüqarlı, 23. Asim Əlizadə.
Ehtiyat oyunçular: 1. Rüstəm Samiqullin, 2. Elçin Mustafayev, 3. Arsen Ağcabəyov, 6. Ədilxan Qarəhmədov, 7. Turan Vəlizadə, 14. Vüsal Əsgərov, 15. Camal Cəfərov, 19. Kamran Güliyev, 20. Bəşir Aylarov Bəşir.
Baş məşqçi: Milan Obradoviç.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest