"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinin heyətində növbəti oyununu keçirib.
 
Matc.az xəbər verir ki, 28 yaşlı futbolçu Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Mərkəzi Afrika Respublikasına qarşı səfər matçında iştirak edib.
 
Görüş 1:1 hesabı ilə başa çatıb. Patrik oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.
 
Kabo-Verde yığması növbəti oyununu sentyabrın 7-də Nigeriyaya qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest