Futbol üzrə Portuqaliya yığmasının baş məşqçisi Fernando Santos komandanın ulduz futbolçusu Kristiano Ronaldonun Azərbaycanla səfər oyununa aparılmayacağını bəyan edib. Matc.az xəbər verir ki, o, Dç-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiyanı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
"Ronaldonun bizimlə gedim-getməyəcəyinə qərar verəcəyik. 24, 25 oyunçumuz var. Ronaldo Azərbaycana səfər etməyəcək, bunun mənası yoxdur. Qətərlə yoxlama oyunu üçün Macarıstana 3 saatlıq səfərimiz olacaq. Qarşılaşmadan sonra isə 3.5 saata Azərbaycana çatacağıq".
 
Sentyabrın 4-də Qətərlə qarşılaşacaq Portuqaliya seçməsi sentyabrın 7-də Azərbaycan millisinin qonağı olacaq. Ronaldo İrlandiya ilə oyunda aldığı sarı vərəqə səbəbindən cəzalı duruma düşüb və Azərbaycan yığması ilə matçı buraxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest