Dç-2022-nin seçmə mərhələsində keçiriləcək İrlandiya - Azərbaycan oyununun hakimləri bəlli olub. Matc.az xəbər verir ki,  qarşılaşmanın baş hakimi fransalı Jerom Brisard olacaq. Ona yan xətdə həmyerliləri Peyc və Kristof Fincin kömək göstərəcək. Dördüncü hakim funksiyasını Mikael Lesaj yerinə yetirəcək.
 
Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest