"Başqa alternativimiz yoxdur. özümüzü ələ almalıyıq". Matc.az xəbər verir ki, bunu İrlandiya millisinin baş məşqçisi Stiven Kenni evdə Azərbaycana qarşı keçirəcəkləri dünya çempionatının seçmə mərhələ oyunu barədə danışarkən deyib.
 
50 yaşlı mütəxəssis qarşıdakı matçın onlar üçün xüsusi olacağını bildirib: "Seçmə mərhələdə ilk dəfə doğma azarkeşlərimiz qarşısında oynayacağıq. Bu, futbolçular üçün böyük stimul olacaq. ümid edirəm ki, oyunçular fanatların müsbət enerjisindən faydalana biləcəklər".
 
Qeyd edək ki, sentyabrın 4-də Dublindəki "Aviva" stadionunda oynanılacaq İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest