İtaliyanın "Milan" klubunun hücumçusu Olivye Jiru koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
34 yaşlı futbolçunun COVİD-19 testi pozitiv çıxdığına görə karantinə alınıb. Onun özünü yaxşı hiss etdiyi bildirilir. Jirunun avqustun 29-dan etibarən komanda yoldaşları ilə görüşmədiyi diqqətə çatdırılıb.
 
Jiru bu yay "çelsi"dən "Milan"a transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest