Polşanın "Legiya" klubunda çıxış edən futbolçuların 2020/21 mövsümündə indiyədək göstərdikləri nəticələr açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə "Legionisci" nəşri araşdırma aparıb.
 
Azərbaycan millisinin hücumçusu Mahir Emreli 6 qol, 1 məhsuldar ötürmə ilə komandasna ən çox xeyir verən oyunçudur. 24 yaşlı forvard 12 qarşılaşmada 710 dəqiqə meydanda olub.
 
Varşava təmsilçisi keçirdiyi 13 matçın 7-də qalib gəlib, 3-də məğlub olub, 3-də isə heç-heçə edib. ölkə çempionu bu görüşlərdə 18 qol vurub və 13 top buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest