21 yaşadək futbolçulardan ibarət Xorvatiya milli komandasının baş məşqçisi İqor Bişçan Avropa çempionatında Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, Bişçan, 2:0 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:
 
"Əslində daha bir qol vurmağımızı istəyərdim. Oyuna aktiv başladıq, özümüzü yaxşı tərəfdən göstərdik və Azərbaycanla Xorvatiya yığmaları arasındakı böyük keyfiyyət fərqini gördük.
 
Qol imkanlarımız çox idi. İkinci yarıda daha rahat və arxayın oynayaraq bir neçə qol vura bilərdik. Sadəcə epizodlar zamanı oyunçularda dəqiqlik çatmadı.
 
İlk dəfə birlikdə olduğumuzu nəzərə alsaq, yanaşmadan və qazanılan xaldan razıyam. Zamanla irəliləyiş və inkişaf da olacaq. Futbolçuların klublarında oyun praktikası olarsa, bundan milli də qazanacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest