Rusiyanın Kazan şəhərində təşkil olunan 1-ci MDB oyunlarında iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin rəqibləri müəyyənləşib. Matc.az xəbər verir ki, B qrupunda yer alan komandamız Belarus və Qırğızıstan yığmaları ilə üz-üzə gələcək.
 
U-19 sentyabrın 5-də səfərə yollanacaq və ilk oyununa 2 gün sonra çıxacaq.
 
Qeyd edək ki, baş məşqçi Ağatahir Əzimov Kazanda keçiriləcək oyunlarda bu futzalçıların xidmətindən istifadə edəcək: Nazim Rəhimov, Fariz Mehrəliyev, Xəzər Ağalızadə, Azər Fərmanov, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Fərid Mikayılov, Asiman Yusubov, Şahmar Cəfərli, Əli Mahmudov, Elgün Rzayev, Mirzə Əmirov, Şaiq Vəlizadə, Fuad Məmmədzadə.
 
Millimizin oyunlarının təqvimi belədir:
 
7 sentyabr
 
16:00. Belarus – Azərbaycan
 
9 sentyabr
 
18:00. Azərbaycan – Qırğızıstan

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest