"Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə beynəlxalq təyinat alıb. Matc.az xəbər verir ki, o, Dç-2022-nin seçmə mərhələsinin E qrupunda keçiriləcək Belarus – Uels matçında UEFA nümayəndəsi olacaq.
 
Sentyabrın 5-də Rusiyanın Kazan şəhərində oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest