Futbol üzrə İspaniya millisi 28 ildən sonra dünya çempionatının seçmə mərhələsində məğlubiyyətlə üzləşib. Matc.az xəbər verir ki, Luis Enrikenin baş məşqçi olduğu kollektiv Dç-2022-nin seçmə oyununda səfərdə İsveçə 1:2 hesabı ilə uduzub.
 
Beləliklə, pireneylilərin 66 oyunluq məğlubiyyətsiz seriyası qırılıb. Komanda son olaraq 1993-cü ildə Dç-1994-ün seçmə matçında Danimarkaya məğlub olub - 0:1.
 
İspaniya bu müddət ərzində 52 qələbə və 14 heç-heçə əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest