Türkiyənin "Qalatasaray" klubu Super Liqanın 1-ci turu çərçivəsində "Giresunspor"la səfər oyununda (0:2) komanda yoldaşı Kərəm Aktürkoğlunu vuran futbolçusu Markaonu cərimələyib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı müdafiəçini qeyri-etik davranışına görə 150 min avro məbləğində cərimələyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Türkiyə Futbol Federasiyası komanda yoldaşını vuran Markaonu 8 oyunluq diskvalifikasiya edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest