Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, komandamız Türkiyə yığması ilə qarşılaşıb.
 
"Dalğa Arena"da baş tutan görüş millimizin 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. U-17-nin yeganə qolunu İbrahim İbrahimli vurub. 
 
Sentyabrın 6-da bu komandalar arasında daha bir oyun keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest