Futbol üzrə Azərbaycan millisi bu gün Dç-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində növbəti matçına çıxıb. Matc.az xəbər verir ki, yığmamız A qrupundakı 4-cü matçında İrlandiya ilə üz-üzə gəlib.

Canni De Byazinin yetirmələri bu rəqiblə də səfərdə qarşılaşıb. Dublində iki autsayder üz-üzə gəlib. Məsələ burasındadır ki, hər iki komanda buna qədər keçirdiyi üç matçdan məğlubiyyətlə ayrılmışdı. Qarşılaşmada hesabı Azərbaycan futbolçuları açıblar. Amma matçın sonlarında rəqib hesabı bərabərləşdirməyi bacarıb. Beləcə, bu oyun heç-heçə bitib.

Xatırladaq ki, Azərbaycan millisi daha öncə Portuqaliyaya 0:1, Serbiya və Lüksemburqa isə 1:2 hesabı ilə uduzub.

A qrupu çərçivəsində bu gün daha bir oyun keçirilib. Serbiya yığması evdə Lüksemburqla münasibətlərinə aydınlıq gətirib və 4:1 hesablı qələbəyə sevinib.

Dç-2022-nin seçmə mərhələsi
A qrupu
4 sentyabr

İrlandiya – Azərbaycan 1:1
Qol: Ş.Daffi, 87 – E.Mahmudov, 45+2.
Baş hakim: Jerom Brizar (Fransa).
Dublin. "Aviva" stadionu.

İrlandiya: 1. Qevin Bazunu, 2. Şeymus Koulmen (k), 4. Şeyn Daffi, 5. Con Etan, 6. Coş Kallen, 7. Mett Doherti, 9. Adam Ayda, 10. Troy Perrott, 11. Ceyms Makklin, 17. Ceyson Molambi, 21. Aron Konnolli.
Ehtiyat oyunçular: 16. Kivan Kelleher, 23. Ceyms Talbot, 3. Rayan Menninq, 8. Konor Huriheyn, 12. Kallum Robinson, 14. Alan Braun, 15. Deril Horqan, 18. Ceymi Makqrat, 19. Ceyms Kollinz, 20. Ronan Kertis, 22. Endryu Omobamidele.
Baş məşqçi: Stiven Kenni.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev (k), 7. Namik Ələskərov 8. Emin Mahmudov, 10. Mahir Emreli, 14. Elvin Bədəlov, 17. Toral Bayramov, 18. Anton Krivotsyuk, 20. Filip Ozobiç.
Ehtiyat oyunçular: 12. Mehdi Cənnətov, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 9. Rüstəm Əhmədzadə, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Bəhlul Mustafazadə, 16. Anatoli Nuriyev, 19. Təmkin Xəlilzadə, 21. İsmayıl İbrahimli, 22. Rəhim Sadıxov.
Baş məşqçi: Canni De Byazi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest