Azərbaycan millisində çıxış etmiş futbolçu Pavel Paşayevin yeni klubu müəyyənləşib. Matc.az xəbər verir ki, 33 yaşlı müdafiəçi karyerasını Ukrayna 1-ci liqasında mübarizə aparan "VPK-Arqo"da davam etdirəcək.
 
Klub onunla imzalanan müqavilənin detalları açıqlamayıb. "VPK-Arqo" bu mövsüm keçirdiyi 6 oyundan sonra 6 xalla 13-cü pillədə qərarlaşıb.
 
Qeyd edək ki, Pavel Paşayev son olaraq Ukraynada Premyer Liqa təmsilçisi "Aleksandriya"nın formasını geyinib. Müdafiəçi 2015 - 2020-ci illərdə Azərbaycan millisinə dəvət alıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest