Bu gün Dç-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 5-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 5 qrup üzrə 13 qarşılaşma baş tutub.

A qrupunda yer alan Azərbaycan millisi İrlandiyanın qonağı olub və səfərdən 1 xalla dönüb. Qrupun digər matçında Serbiya və Lüksemburq komandaları üz-üzə gəlib. Serblər bu oyunda darmadağına seviniblər.

Son dünya çempionu Fransa Ukrayna ilə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib. D qrupunda həmçinin Finlandiya – Qazaxıstan görüşü də baş tutub. Meydan sahibləri minimal hesabla üstün olublar.

G qrupunda mübarizə aparan Türkiyə seçməsi Cəbəllütariqi böyük hesabla yenib. Bu qrupda Latviya Norveçi, Niderland isə Monteneqronu qəbul edub. Norveç səfərdə, Niderland isə doğma meydanda qələbə qazanıb.

Dç-2022-nin seçmə mərhələsi
5-ci tur
4 sentyabr

A qrupu

İrlandiya – Azərbaycan 1:1
Qol: Ş.Daffi, 87 – E.Mahmudov, 45+2.

Serbiya – Lüksemburq 4:1
Qol: A.Mitroviç, 22; 35. Şanot, 81-öz qapısına. Milenkoviç, 90+6 – Till, 77.

Portuqaliya – 10, Serbiya – 10, Lüksemburq – 6, Azərbaycan – 1, İrlandiya – 1

D qrupu

Finlandiya – Qazaxıstan 1:0
Qol: Pohyanpalo, 60.

Ukrayna – Fransa 1:1
Qol: Şaparenko, 44 – Marsyal, 50.

Fransa – 9, Ukrayna – 5, Finlandiya – 5, Bosniya və Herseqovina – 2, Qazaxıstan – 2

F qrupu

Farer adaları – Danimarka 0:1
Qol: Vind, 85.

İsrail – Avstriya 5:2
Qol: Solomon, 5. Dabbur, 20. Zahavi, 33; 90+1. Vaysmann, 59 – Baumqartner, 42. Arnautoviç, 55.

Şotlandiya – Moldova 1:0
Qol: Daykes, 14.

Danimarka – 15, İsrail – 10, Şotlandiya – 8, Avstriya – 7, Farer adaları – 1, Moldova – 1

G qrupu

Latviya – Norveç 0:2
Qol: Haland, 20-pen. M.Elyunussi, 66.

Niderland – Monteneqro 4:0
Qol: Depay, 38-pen; 62. Veynaldum, 70. Qakpo, 76.

Cəbəllütariq – Türkiyə 0:3
Qol: H.Dərvişoğlu, 54. H.çalhanoğlu, 65. K.Karaman, 83.

Türkiyə – 11, Niderland – 10, Norveç – 10, Monteneqro – 7, Latviya – 4, Cəbəllütariq – 0

H qrupu

Kipr – Rusiya 0:2
Qol: Yeroxin, 6. Cemaletdinov, 55.

Sloveniya – Malta 1:0
Qol: Lovriç, 44.

Slovakiya – Xorvatiya 0:1
Qol: Brozoviç, 86.

Xorvatiya – 10, Rusiya – 10, Sloveniya – 7, Slovakiya – 6, Kipr – 4, Malta – 4

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest